Reyd zamanı iki “FİAT”dan oğurluq dana aşkarlandı: 5 nəfər həbs olundu - FOTO

23 Avqust 2019 14:54

Reyd zamanı Yol polisi əməkdaşlarının saxladığı iki minik avtomobilindən dana aşkarlanıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qəhrəmanmaraş vilayətinin Qapıçam-Təvəkkəli yolunda baş verib.

Məlumata görə, Dulkadiroğlu Polis Şöbəsinin əməkdaşları reyd zamanı, arxa-arxaya gedən 46 VG 958 ilə 44 EP 987 dövlət qeydiyyat nömrə nişanlı iki "FİAT" markalı minik avtomobilinin sürücülərini saxlamaq istəyiblər. Sürücülər polisin "Saxla" əmrinə tabe olmayaraq yollarına davam ediblər. Bundan sonra şübhəlilər və polis arasında qaçdı-qovdu başlayıb.

Sürücülər bir müddətdən sonra saxlanılıb. Polis əməkdaşlarının nəqliyyat vasitələrinə baxışı zamanı arxa oturacaqlarında 2 dana olduğu məlum olub. Həmçinin araşdırma vaxtı müəyyən olunub ki, danalar oğurluqdur.

Maşınlardakı 5 nəfər həbs edilib. Nəqliyyat vasitələri isə içərisindəki mallarla birgə polis şöbəsinin həyətinə aparılıb.

Milli.Az