Bakı-Sabunçu dəmiryolundan istifadə edənlərin NƏZƏRİNƏ: Dəyişiklik...

23 Avqust 2019 09:49

Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə Milli.Az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur:

"26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".

QSC-dən qeyd olunur ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək:

"Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".

Milli.Az