Bakıda kafe yanıb

23 Avqust 2019 10:34

Suraxanı rayonunda kafe yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 48 kv.m olan kafenin mətbəxində 1 ədəd məişət avadanlığı yanıb, yüksək temperaturdan kondisionerin üzlüyü və divara vurulmuş lambirindən ibarət örtük 7 kv.m sahədə əriyib.

Kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az