"Bunu gördükcə adamın evdəkinə...." - Can Yamanın yarıçılpaq FOTOsuna Ebrudan qalmaqallı rəy

23 Avqust 2019 09:37

Türkiyənin "Star tv" kanalında yayımlanan "Erkenci Kuş" serialının baş rol aktyoru Can Yaman sosial şəbəkə paylaşımı ilə gündəm olub.

Milli.Az haberler-ə istinadla bildirir ki, aktyorun yarıçılpaq paylaşımından daha çox, qadın müğənninin onun fotosuna yazdığı rəy diqqət çəkib.

Müğənni Ebru Polat Can Yamanın fotosuna: "olanı var, olmayanı var", - deyə rəy yazması izləyicilərin diqqətindən yayınmayıb.

"Bunu gördükcə adam evdəkinə yemək vermək istəmir", - deyə o, daha sonra əlavə edib.

İsmayıl
Milli.Az