Təyyarə qəza enişi edib, 184 sərnişin...

23 Avqust 2019 08:12

"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub.

Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var.

Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olub.

Təyyarədə tüstülənmənin baş verməsi səbəbi hələlik müəyyən edilməyib.

Milli.Az