“Sen anlat Karadeniz”in yeni mövsüm tanıtımı səs-küy yaratdı - VİDEO

22 Avqust 2019 18:43

"Sen anlat Karadeniz" serialının üçüncü mövsümünün tanıtım videosu yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, video yarım gün ərzində 500 mindən çox izlənmə sayı toplayıb.

Sosial mediada səs-küy yaradan tanıtım çarxı "Youtube" trendinə düşüb.

Qeyd edək ki, serialda baş rolları İrem Helvacıoğlu və Ulaş Tuna Astepe oynayır.

Serialın üçüncü mövsümü 4 sentyabr tarixində yayımlanacaq.

Milli.Az