iPhone 12 üçün Çinin OLED displeylərini sınanır

24 Avqust 2019 08:21

"Apple" korporasiyası "iPhone 12" üçün Çinin "BOE Technology Group" şirkətinin istehsalı olan OLED displeylərin sınaqdan keçirilməsi üzrə yekun mərhələdədir. Bu barədə "Nikkei" dərgisi məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, ABŞ korporasiyası Çin məhsulunun köməyi ilə öz smartfonlarında Cənubi Koreyanın "Samsung" şirkəti tərəfindən tədarük olunan OLED displeyləri əvəz etmək istəyir.

Hazırda "BOE" şirkəti "Huawei Mate X" qabaqcıl smartfonu üçün displeylər tədarük edir. ABŞ-da OLED displeylər istehsal edilmir.

Milli.Az