Youtube, dostuna Lamborghini hədiyyə etdi - VİDEO

24 Avqust 2019 08:35

YouTube ulduzu David Dobrik ən yaxın dostlarından biri Heath Hussara yeni Lamborghini Huracan hədiyyə edib. Hussar hədiyyəni görəndə sevincdən göz yaşlarını saxlaya bilməyib.

Milli.Az chip.az-a istinadən bildirir ki, David Dobrik 13 milyon abunəçisi olan və dünyaca məşhur bir YouTuberdir. Dobrik yeni Need For Speed oyunu Heat-in tanıtımı üçün EA ilə əməkdaşlıq edib.

Dobrik, EA-dan gələn Lamborghini Huracan-ı Youtube-də 2 milyon izləyicisi olan yaxın dostu Heath Hussar-a hədiyyə edib.ABŞ-da həmin avtomobilin qiyməti 200 min dollardan çoxdur.

David Dobrikin 20 Avqust tarixində yüklədiyi videoda  əvvəlcə digər dostlarının hədiyyələrini verir. Sonda isə  Hussar-a qırmızı lent ilə yeni Lamborghini hədiyyə edir.

İlk olaraq  hədiyyənin ona verildiyinə inanmayan Hussar, zarafat olmadığını öyrəndikdən sonra göz yaşlarını saxlaya bilməyib. Video 15 saatdan az müddətdə 5 milyon dəfə baxılıb.

Heath və Dobrik fanatları rəylərdə bu qərarın düzgün verildiyini qeyd ediblər.

Milli.Az