iOS əməliyyat sisteminin jailbreak versiyası yaradıldı

24 Avqust 2019 08:55

Apple şirkətinin iOS əməliyyat sisteminin kiberhücumlara dözümlü olduğu bəyanatlarına baxmayaraq hackerlər uzun illər ərzində ilk dəfə olaraq iOS 11 və iOS 12 əməliyyat sistemləri vasitəsilə çalışan iPhone və iPad modelləri üçün jailbreak versiyası yarada biliblər. Sözügedən əməliyyat sistemləri üçün olan işlək jailbreak versiyası artıq internetdə təqdim olunub. Bu barədə 9to5mac saytı xəbər verib. Pwn20wnd ləqəbli istifadəçi Apple şirkətinin bütün aktual smartfonlarında çalışa bilən jailbreak versiyası yaradıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, sözügedən jailbreak versiyası iOS 12.4 və iOS 12.3-dən aşağı versiyada olan əməliyyat sistemlərində çalışır. Bir sıra istifadəçilər artıq öz Twitter hesablarında sözügedən jailbreak versiyasının çalışdığını təsdiqləyiblər. Məlumata əsasən hackerlər yen iOS versiyasının təqdim olunması ilə onun təhlükəsizlik sistemində boşluq aşkar ediblər. Google şirkətinin Project Zero layihəsinin təhlükəsizlik mütəxəssisləri artıq bu sistem boşluğu barəsində Apple şirkətinə məlumat veriblər.

Məlumatda qeyd olunub ki, hackerlər həmin sistem boşluğundan istifadə edərək yüksək keyfiyyətli casus tətbiqlərini yarada bilərlər. Məsələn zərərli koda sahib tətbiq digər tətbiqlərin və ya smartfonda olan özəl məlumatların əldə edilməsinə şərait yarada bilər. Apple şirkəti isə rəsmi olaraq iOS versiyasının hack olunması məlumatına fikir bilirməyib. Yaxın günlərdə sözügedən sistem boşluğunu aradan qaldıracaq iOS 12.4.1versiyasının istifadəyə veriləcəyi gözlənilir. iPhone istifadəçilərinə isə iOS 12.4.1 versiyasının çıxmasına kimi App Store-dan tətbiqlərin yüklənməsinə diqqətlə yanaşmaları məsləhət görülür.

Milli.Az