Xiaomi şirkəti artıq Mi Band 5 üzərində çalışır

24 Avqust 2019 21:15

İyun ayında Xiaomi şirkəti özünün Mi Band 4 smart qolbağını təqdim etmişdi. Lakin indi məlum olub ki, şirkət artıq Mi Band 5 üzərində aktiv şəkildə çalışır. Bu barədə Gizmochina saytı xəbər verib. Məlumatı isə Huami şirkətinin rəhbəri Wang Huang bildirib. Milli.Az technote.az-a istinadən bildirir ki, Huami şirkəti Amazfit smart saat modelləri ilə Mi Band smart qolbaqlarının istehsalı ilə məşğuldur. Wang Huang bildirib ki, onlar artıq Mi Band 5 üzərində işlərə start veriblər.

"Bizim, Mi Band 5-i satışa çıxardacağımız üzrə əvvəlcədən təyin olunmuş vaxt göstəricimiz yoxdur. Lakin biz artıq Xiaomi ilə birlikdə Mi Band 5 üzərində çalışmağa başlamışıq və bu, çox zaman almayacaq. Biz Mi Band 4-ü hələ yenicə satışa çıxartmışıq. Lakin potensial var ki, Mi Band 5 gələn il satışa çıxsın" - deyə Wang Huang bildirib. Güman etmək olar ki, Mi Band 5 smart qolbağı gələn ilin yayında deyil, bir qədər tez satışa çıxa bilər. Qeyd etmək lazımdır ki, satışa çıxmasından bir neçə gün sonra Mi Band 4 smart qolbağı Xiaomi şirkətinin ən məşhur məhsullarındn birinə çevrildi. Belə ki, şirkət ilk 1 milyon cihazı 8 günə sata bildi.

Milli.Az