Yaxşı həyat yoldaşının 5 mühüm xüsusiyyəti

24 Avqust 2019 19:20

Yaxşı həyat yoldaşı olmaq üçün, kişi bu 5 sifətə malik olmalıdır:

1. İmanlı olsun və iman mövzularında sabitqədəm olsun. Qarşıya çıxan çətinlikləri iman əsasında həll etsin.

2. Xoş əxlaqlı və mehriban olsun.

3. Ailə şərafətinə malik olsun.

4. Səliqəli, nizamlı olsun  və xarici görünüşünə diqqət etsin.

5. Xanımla əqidə, dünyagörüşü, ailə mədəniyyəti mövzularında uyğunluqları olsun.

Yaxşı həyat yoldaşı xanımını həyatının şəriki edər. Həyat yoldaşını tanımağa və onun ehtiyaclarını ödəməyə çalışar. İstəyər ki, xanımı da öz arzu və hədəflərini həyata keçirə bilsin.

O, xanımına uşaq kimi baxmaz. Ona, həyatının şəriki olan kamil yetişmiş bir insan kimi baxar.

İnsan gərək həyat yoldaşını heç bir şərt olmadan sevsin və hörmətini saxlasın. Onun xoşbəxt olması üçün əlindən gələni etsin. Öz sevgisini dilinə gətirsin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı həyat yoldaşı öz xanımının istəklərini ilk sıralarda qərar verər. Yaxşı həyat yoldaşı iş, peşə, məşğuliyyətlə bərabər, öz xanımının istəklərinə də diqqət etməli və onları ön plana çəkməlidir.

Yaxşı həyat yoldaşı xanımı üçün vaxt ayırar və onunla söhbət edər. Onun halını soruşar, gündəlik işlərindən bəhs edər və hədəflərini öyrənər. Ona necə yardım edə biləcəyini söyləyər. Ona həyatda əsil dəstək olar. Axı xanımı - onun həyat şərikidir. Hər kim ki, digərinin şəriki olar - onun qəminin də, sevincinin də şəriki olmalıdır.

Yaxşı həyat yoldaşı əxlaqlı olmalıdır. Xanımının bəzi həssaslıqlarına qarşı səbirli olmalı və ona qarşı hüsnü əxlaq nümayiş etdirməlidir.

Bununla o, həm bu dünyada özünün və xanımının həyatını behişt edər, həm də axirətdə məqam sahibi olar.

Milli.Az