Suares MLS klubuna keçir

22 Avqust 2019 14:34

ABŞ-ın "İnter Mayami" klubu İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu da karyerasını Devid Bekhemin sahibi olduğu klubda başa vurmaqda maraqlıdır. Uruqvaylı forvardın 2020-ci ilin yayında ABŞ-a köçmək istədiyi bildirilir.

"İnter Mayami"nin "Barselona" ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Suaresə 4 illik sözləşmə təklif etdiyi vurğulanır.

Qeyd edək ki, Suares 2014-cü ilin iyulunda İngiltərənin "Liverpul" klubundan "Barselona"ya keçib. O, daha öncə vətənində "Nasional Montevideo", eləcə də Hollandiyanın "Qroningem" və "Ayaks" klublarının formasını geyinib.

Milli.Az