Sənubər İsgəndərli seriala çəkilir

22 Avqust 2019 14:39

"Ata ocağı" serialı üçüncü mövsümü ilə ekrana gəlməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, çəkilişləri başlayan ekran işinə yeni simalar daxil olub.

Belə ki, 400 bölümünü geridə qoyan serialda baş rolları Xalq artistləri Qurban İsmayılov və Həmidə Ömərova canlandırırdı.

Builki mövsümdə Xalq artistləri Sənubər İsgəndərli, Vidadi Həsənov, aktyor Tural Əhməd, Aydan Ağayeva, Hüsniyyə Əhmədova da yer alacaq.

Qeyd edək ki, dram janrında olan serialda Əməkdar artistlər Ayşad Məmmədov, Rasim Cəfər, aktrisalar Günel Məmmədova, Zülfiyyə Qurbanova, Mənsurə Əhmədova və başqaları yer alır.

Milli.Az