"Qara kvadrat" daha Tretyakov qalereyasını tərk etməyəcək

23 Avqust 2019 00:45

Kazemir Maleviçin 1915-ci ildə çəkdiyi məşhur "Qara kvadrat" əsəri daha Tretyakov qalereyasını tərk etməyəcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Tretyakov qalereyasının baş direktoru Zelfira Trequlova "İzvestiya" nəşrinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, tablo 2003-cü ildən qalereyada saxlanılır və buranı heç vaxt tərk etməyəcək.

Z.Trequlova qeyd edib ki, "Qara kvadrat" dünya incəsənətinin ən məşhur əsərlərindən biridir və qalereyanın daimi ekspozisiyasında nümayiş etdirilməlidir. Hazırda Tretyakov qalereyasında Maleviçin 1915-ci ildə çəkdiyi birinci "Qara kvadrat" əsəri və onun 1929-cu ilə aid ikinci variantı nümayiş etdirilir.

Milli.Az