Navas "Real"dan ayrılmaq istəyir - klub rəhbərliyinə bildirdi

22 Avqust 2019 12:26

Keylor Navas "Real"dan ayrılmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ikinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper Madrid təmsilçisindən getmək istədiyini klub rəhbərliyinə bildirib.

Navasla PSJ-nin maraqlandığı iddia olunur.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidan 2019/2020 mövsümündə də komandanın əsas qapıçısı Tibo Kurtuanın olduğunu açıqlamışdı.

Milli.Az