Jurnalisti canlı yayımda bir zərbəylə yerə yıxdılar - VİDEO

22 Avqust 2019 12:34

Jurnalist ona dəyən yumruq zərbəsindən yerə yıxılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə Meksikada baş verib.

Meksikada qadınlar polisi iki gənc qızın ölümündə günahkar bilərək etiraz aksiyaları keçirib. Telejurnalist hadisə yerindən canlı reportaj hazırlayarkən qadın aksiyaçıların təqibinə məruz qalır. Onlar jurnalistə açıq formada öz etirazlarını bildirirlər. Aksiyada qadınlarla yanaşı, kişi təxribatçı aksiya iştriakçıları da olub. Onlardan biri telejurnalistə sakitcə hücum edərək yumruqlamağa başlayıb.

Müxbir aldığı yumruq zərbəsindən yerə yıxılır. Müxbir aldığı zərbədən uzun müddət özünə gələ bilmir və ona tibbi yardım göstərilir. 

Kişi təxribatçının aqibətinə gəldikdə isə qadın aksiya iştirakçıları onun sifətinə gözyaşardıcı qaz püskürtməklə hadisə yerindən qovurlar.

Milli.Az