Sabirabadda 4 otaqlı ev yanıb

22 Avqust 2019 12:59

Sabirabad rayonunun Bulduq kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az