"Sabah" Türkiyə klubunun futbolçusunu transfer etdi

22 Avqust 2019 11:00

"Sabah" daha bir transfer reallaşdırıb.

Milli.Az xəbər verir ki, paytaxt klubu Türkiyə I Liqa təmsilçisi "Giresunspor"un yarımmüdafiəçisi Ozan Can Kökcünü transfer edib. Bu barədə Giresun klubunun saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

"Feyenoord"un yetirməsi olan 21 yaşlı futbolçu "Valveyk" və "Bursaspor"da da çıxış edib.

Milli.Az