Sən bir onun çamadanına bax!

22 Avqust 2019 10:40

İtalyanlar deyir ki, əgər qadının arsenalında Gucci - dan kiçicik də olsa bir çanta yoxdursa, deməli o italyan deyil!  Dəbli və emosional italyanların bu ifadəsini başqa cür də səsləndirib açıq ürəklə deyə bilərik ki, əgər bizim səyahətçilərin Сhemodanaz-dan çamadanı yoxdursa o, çox şey itirib!

Chemodanaz brendi Maltada patentləşdirilmişdir və rəsmi olaraq Avropa brendidi. Сhemodanaz Azərbaycan bazarında 5 ildən artıq fəaliyyət göstərir və minlərlə də müştərisi var.

Niyə bəs məhz indi bu brend haqqında yenidən söz açırıq?

Məsələ ondadır ki, Сhemodanaz öz fəaliyyətini daha da genişləndirərək Bakının Qutqaşenlı 50 ünvanında eyni adlı möhtəşəm bir mağaza açıb.

İndi hər kəs Altes Plaza-nın yanındakı bu dükana gedib öz səyahət dəstini yeniləyə bilər. Necə deyərlər: Get, gör, al!

Bu markanın bir üstünlüyü də ondadır ki, yüngül, funksional və hər kəsin zövqünü oxşayan Сhemodanaz  brendinin çamadan, keys - pilot və təkərli çantalarına 5 illik keyfiyyət zəmanəti verilir.

Həm də Сhemodanaz-ın internet - maqazinindən sifariş edilən məhsul fantastik qısa zamanda müştəriyə çatdırılır.

Ən əlası isə odur ki, hava limanlarında hamımızın sevdiyi Duty Free  mağazalarından aldığımız məhsullar üçün Сhemodanaz-ın çanta və çamadanlarında xüsusi bölmə nəzərdə tutulub.

Сhemodanaz səyahətçilərə daha nələr təklif edir?

Bildiyiniz kimi, bu gün bir çox hava yolları şirkətləri sizi dünyanın istənilən nöqtəsinə, demək olar ki, "havayı" çatdıra bilir. Bunun üçün sadəcə çox kiçik həcmli və yüngül baqajınız olmalıdır.

Belə ki, dünyanın müxtəlif hava yolları ilə səyahət etmək üçün Сhemodanaz lazımı həcm və ölçüyə uyğun böyük çeşidli çamadan və çantalar  təklif edir.

Ölçünü müəyyənləşdirəndən sonra isə Сhemodanaz  sizi və ailənizin 3 yaşından başlayan üzvlərini palitranın bütün rənglərində çamadan və çantalarla təmin edə bilər.

Сhemodanaz-ın kolleksiyalarında uşaq keys - pilotlarındakı Barbi və Minyonlar atanın tünd - qöy çamadanı və ananın qırmızı təkərli çantası ilə əla tutuşur.

Biz burada mağazanın çox geniş assortimentini sadalamayacağıq. Amma demək istərdik ki, siz mütləq www.сhemodan.az saytının xəbərlərini izləməlisiniz. Çünki gözlənilmədən məhz bu gün unikal bir aksiyanın iştirakçısı ola bilərsiniz.

İtalyanlara gəlincə isə, təmiz vicdanla deyə bilərik ki, bizdə də belə brendlər var ki, onlarla rahatlıqla rəqabət edə bilər və həmişə buna hazırdırlar. Məsələn, Сhemodanaz- da məşhur dünya markalarından geri qalmayan keyfiyyətə malikdir  və əla servisi ilə onları hətta ötüb keçə bilər.

Chemodanazla əla istirahətlər!

Bizim sosial şəbəkələrdə ünvanlarımız:

https://www.instagram.com/chemodan.az/

https://www.facebook.com/chemodan.az/