1912-ci ildə batan Titanik gəmisi illər sonra - FOTO

22 Avqust 2019 13:49

Atlantik okeanında batan Titanik gəmisinin yeni görüntüləri əldə edilib.

Milli.Az New-York Post-a istinadla xəbər verir ki, okeanın dibində olan Titanikin ilk dəfə 4K effekti ilə şəkilləri çəkilib. Tədqiqatçılar tərəfindən çəkilən görüntülər "Atlantic Productions" şirkətinin rəsmi tvitter səhifəsində paylaşılıb.

Görüntülərdə əfsanəvi gəminin qalıqlarının çürüdüyünü və üzərini yosun tutması əks olunub.

Qeyd edək ki, "Tanrının belə batıra bilməyəcəyi gəmi" şüarı ilə təqdim olunan Titanik gəmisi  14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Nəticədə 1514 nəfər həlak olub, 705 nəfər xilas edilib.

Bəxtiyar Umarlı
Milli.Az