Böyük Britaniya Putin haqda film çəkəcək

22 Avqust 2019 09:03

Böyük Britaniya telekanalı Rusiya Federasiyasının prezidenti Vladimir Putin haqda sənədli film çəkməyə hazırlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, üç bölümdən ibarət olacaq filmin dəqiq yayım tarixi hələ açıqlanmayıb.

Filmdə Rusiya dövlət başçısının cavanlığından, eləcə də siyasi karyerasından danışılacaq.

Milli.Az