“Keşlə” Futbol Klubunda kadr dəyişikliyi olub

22 Avqust 2019 08:53

"Keşlə" Futbol Klubunun strukturunda kadr dəyişikliyi həyata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Texniki Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

İdarə Heyətinin digər qərarı ilə mətbuat xidmətinin rəhbəri vəzifəsi Murad Axundova həvalə olunub.

Milli.Az