Yaşlı atasını çəkiclə qətlə yetirdi - Azərbaycanda dəhşət

21 Avqust 2019 22:30

Tovuzda oğul atasını qətlə yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib.

Məlumata görə, cinayəti törədən şəxsin psixi problemləri olub. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.

Milli.Az