Mingəçevirdə uşaq ölü doğulub

21 Avqust 2019 21:10

Mingəçevirdə uşaq ölü doğulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Mingəçevir şəhər Xəstəxanasının Doğum şöbəsində baş verib.

Yevlax şəhər sakini, 1987-ci il təvəllüdlü Hüseynova Günel Arzu qızı hamiləliyin 35-36-cı həftəsində ağrılarla xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az