Qonşu ölkədə FACİƏ - Ölənlər və yaralananlar var

21 Avqust 2019 15:49

"İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də yaralanıb.

Dehqani əlavə edib ki, qəzaya səbəb yük maşınlardan birinin sürücüsünün yorğunluu olub.

İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda isə iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub 4 nəfər yaralanıb.

Milli.Az