Ayı bəstəkarı parça-parça etdi

21 Avqust 2019 15:44

Kanadanın şimalında ayı hücumu nəticəsində fransız bəstəkar Jülyen Qotye həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15-ə keçən gecə Alyaska şəhərində baş verib. Ayı çadırda yatan Qotyeni boğazından tutub və meşəyə aparıb. Bəstəkarın cansız bədəni növbəti gün tapılıb.

Baş verənlər bəstəkarla bərabər səyahətə çıxan fotoqraf dostu Kamil Toskanini çox təsirləndirib.

Milli.Az