Silvester Stallone son "Rembo" filminin yeni treylerini nümayiş etdirib - VİDEO

21 Avqust 2019 15:14

Məşhur Hollivud ulduzu, rejissor və prodüser Silvester Stallone "Rembo: Son qan" filminin yeni treylerini nümayiş etdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aktyor özünün "Instagram" səhifəsində məlumat verib.

Bildirib ki, ekran əsəri bu il sentyabrın 20-də ekranlara çıxacaq.

Treylerdə 1980-ci illərdə ekranlara çıxan "Rembo: Birinci qan 2" filmindən istinadlar da var. Videoya əsasən, "Rembo" film epopeyasının son hissəsində baş qəhrəman yenidən qisas yoluna çıxacaq.

Milli.Az