“Qanı torpağa tökülməsə də, Xəzərə töküldü...” - FOTO

21 Avqust 2019 12:49

"Onun qanı torpağa olmasa da, Xəzər dənizinə tökülüb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri politoloq, bu gün dəfn edilən hərbi pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib. Dəfn mərasimində jurnalistlər qarşısına çıxan Q. Hüseynli kürəkəni ilə qürur duyduğunu ifadə edib:

"Şəhidlərdən birini torpağa yola salırıq. Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşdıra bilmədi. O, VƏTƏN uğrunda şəhid oldu!" 

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən Xəzər dənizindən tapılıb.

Milli.Az