Orxanın təhsil haqqı ödənildi - FOTO

21 Avqust 2019 13:19

Ötən gün aktrisa Mehin Hümbətova atasının təhsil almağına mane olduğu tələbə Orxan Bağızadənin təhsil haqqını öz üzərinə götürmüşdü.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu gün Orxanın qəbul olduğu Azərbaycan Dillər Universitetinə gələrək, onun illiyi 1000 manat olan təhsil haqqını ödəyib.

Qeyd edək ki, tərcümə (rus-fransız) fakültəsinə qəbul olan Orxan Bağızadə üç gündür sosial medianın diqqət mərkəzindədir.

Milli.Az