Təyyarə hava boşluğuna düşdü - 35 nəfər...

21 Avqust 2019 12:24

İspaniyanın "Iberia" aviaşirkətinə məxsus təyyarə hava boşluğuna düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfər xəsarət alıb.

Qeyd olunur ki, təyyarə Mavrikidən Madridə hərəkət edirmiş. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Təyyarə hava boşluğuna düşdükdən sonra qəfil yüksəklik itirib. Pilotlar təyyarəni Madrid hava limanında uğurla endirə bilib.

Təyyarəyə ziyan dəymədiyi bildirilir.

Milli.Az