Arvadını evindən apardılar - Sonrası DƏHŞƏT: 5 ölü, 8 yaralı - FOTO

21 Avqust 2019 11:54

Diyarbakırın Silvan qəsəbəsində üç ailə arasında baş verən silahlı qarşıdurma nəticəsində biri qadın olmaqla 5 nəfər ölüb, 8-i yaralanıb.

Milli.Az AA-ya istinadən xəbər verir ki, hadisə yerinə xeyli sayda polis əməkdaşları cəlb edilib. Bölgədə təhlükəsizliyi təmin etmək üçün bəzi tədbirlər görülür.

İddiaya görə, Enver Tekin hələlik məlum olmayan səbəblərdən Poyraz ailəsinə gəlin köçürdüyü qızı Gülşən Poyrazı evinə gətirib. Bununla əlaqədar  Poyraz ailəsinin üzvləri Gülşəni geri qaytarmaq üçün Enver Tekinin evinə gəliblər.

Burada iki ailə arasında çıxan mübahisə qısa zamanda silahlı davaya dönüb. Bu məqamda Narin ailəsi də Tekin ailəsinə dəstək üçün evə gəliblər.

Hadisə zamanı 22 yaşlı Aziz Narin, Halise Narin, Gökhan Narin, Edip Oğraş və hələlik adı  açıqlanmayan bir şəxs dünyasını dəyişib. Cevat, Felak, Mevlüt, Burak, Münevver, Cevat Narin, Teğmen Yapıcı və Fırat Tekin isə yaralanıb.

Yaralılar hadisə yerində edilən ilk tibbi yardımdan sonra təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. 

Polislər qəsəbəyə giriş-çıxışları bağlayıb, araşdırma gedir.

Məhəmməd Vaqif
Milli.Az