Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI

21 Avqust 2019 23:05

Ən faydalı tərəvəzlərdən biri olan lobya orqanizmə güclü müalicəvi və profilaktik təsir edir.

Milli.Az saglamolun.az-a istinadən lobyanın əsas faydaları ilə sizi tanış edir:

- Qidalı liflərlə zəngin olan lobya orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlikləri, infarkt və insultun riskini azaldır.

- Həmçinin lobya qidalı liflərin sayəsində qəbizliyin qarşısını alır. Həll olunmayan qidalı liflər bağırsaqlarda özünə mayeni hopduraraq şişir və bu da bağırsaqların daha tez və rahat boşalmasını təmin edir.  

- Qidalı liflər izoflavon maddələri ilə birlikdə bağırsaqların mikroflorasını daha sağlam edir və bununla həm həzm proseslərini yaxşılaşdırır, həm də immun sistemini möhkəmləndirir.

- Lobya arterial təzyiqi salmağa kömək edir. Bunun səbəbi lobyada olan kalium və maqnezium maddələridir.

- Fol turşusu ilə zəngin olan lobya qanazlığı zamanı da faydalıdır.

- Lobyanın istehlakı orqanizmdə kollagen zülallarının istehsalını artırır. Kollagen dərini daha cavn və dartılmış edir.

- Lobya arıqlamağa yardım edir. Bu səbəbdən bir çox diyetoloqlar bişmiş lobyanı pəhrizlərə daxil edirlər.

- Lobya orqanizmi təbii olaraq ziyanlı maddələrdən, selikdən, toksinlərdən təmizləyir.

Milli.Az