ABŞ Tayvana 8 milyard dollarlıq F-16 qırıcı təyyarələri göndərəcək

21 Avqust 2019 08:48

ABŞ administrasiyası avqustun 20-də Tayvana 66 F-16 qırıcısının çatdırılması qərarı barədə Konqresə rəsmi məlumat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qırıcılarla birgə 8 milyard dollar məbləğində əlavə avandlıqların çatdırılması barədə qərar verilib.

Məlumata əsasən, həmin hərəkət xarici hərbi yardim çərçivəsində ediləcək.

Milli.Az