İtaliya prezidenti Kontenin istefasını qəbul edib

21 Avqust 2019 07:52

İtaliya prezidenti Sercio Mattarella çərşənbə axşamı axşam Baş nazir Cüzeppe Kontenin istefasını qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Mattarella ona siyasi böhranın başa çatmasına qədər hökumət başçısı vəzifəsini davam etdirməyə dəvət edib.

Məlumata görə, avqustun 21-i yerli vaxtla saat 16.00-da dövlət başçısı İtaliya Milli Parlamentinin Deputatlar Palatası və Senatının spikerləri ilə məsləhətləşmələrə başlayacaq.

Bundan sonra İtaliya prezidenti mövcud hökumət böhranından çıxış yolu tapmaq üçün ölkənin əsas siyasi partiyalarının nümayəndə heyətlərini qəbul edəcəkdir.

Milli.Az