Məhəmmədrəsul Məcidov peşəkar boksda - Nyu-Yorkda döyüşə çıxır

20 Avqust 2019 23:29

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksa keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının şöbə müdiri Fariz Məmmədov verib.

Onun sözlərinə görə, boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində ilk döyüşünə çıxacaq. Bu, səkkiz raundluq reytinq döyüşü olacaq. Məmmədov özünün də həmin döyüşə fəxri qonaq qismində dəvət aldığını bildirib.

Milli.Az