Tramp Rusiyadakı səfir postuna namizədini açıqladı

20 Avqust 2019 23:21

ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri postuna namizədini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu Dövlət katibinin  müavini Con Sallivandır. Sallivanın namizədliyini Senat təsdiqləməlidir.

Salliva Con Hantsmanın yerinə gələ bilər. Hantsman oktyabrdan Rusiyadakı səfir postunu tərk edəcək.

Milli.Az