Hollivud ulduzu qadın alverində günahlandırılır

13 Aprel 2010 13:49
Məşhur Hollivud aktyoru Stiven Siqal rus qadınların "alver"ində şübhəli bilinir. Milli.Az livestory.com.ua saytına istinadən xəbər verir ki, o, qadın alveri ilə yanaşı, bir neçə zorlamada da ittiham edilir. Artıq məsələ ilə bağlı aktyor məhkəməyə verilib.

Amerika məhkəməsinə 23 yaşlı keçmiş model müraciət edib. O, vaxtilə Siqalın katibəsi işləyib. Qızın sözlərinə görə, Siqal ondan katibə kimi işini görməyi yox, onunla cinsi əlaqədə olmağı tələb edirmiş. "Siqal işçiləri arasında gənc rus qızları saxlayırdı. Onlar həftənin, günün, saatın istənilən anında aktyorun seksual tələblərini yerinə yetirməli idilər", - deyə keçmiş model bildirib: "Məndən də eyni şeyləri tələb edən Siqal müqavimətimi görüncə məni zorladı".

Hələ ki aktyordan ittihamlara münasibət öyrənmək mümkün olmayıb. Keçmiş katibəsi isə ondan 1 milyon dollar təzminat tələb edir.

Milli.Az