Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

20 Avqust 2019 19:17

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az