Ronaldonun köklüyü hamını təəccübləndirdi - FOTO

20 Avqust 2019 19:07

8 il əvvəl karyerasını bitirən futbolçu Ronaldo günlərinin çoxunu istirahətə sərf edir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 42 yaşlı eks-futbolçu yaxınları ilə birlikdə yayın son günlərini İspaniyada Formentera sahillərində keçirir.

Bir vaxtlar yaşıl meydanların ulduzu olan Ronaldo paparassilərin obyektivinə tuş gəlib. Onun görünüşü hər kəsi təəccübləndirib. Xeyli çəki alan ulduzun yayılan fotoları tənqid atəşinə tutulub.

Milli.Az