Rusiya FTX-sı Azərbaycan vətəndaşı olan qadını saxladı - 3 milyon nağd pulla

20 Avqust 2019 18:54

Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstan üzrə Sərhəd İdarəsi digər yerli xüsusi xidmət orqanlarının və gömrük əməkdaşlarının iştirakı ilə Tagirkent - Kazmalyar avtomobil keçid məntəqəsində bir Azərbaycan vətəndaşı olan qadını saxlayıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, qadın Rusiya Federasiyası ərazisinə üç milyon rubldan çox pul keçirməyə çalışıb. Bildirilir ki, pul deklarasiyada bəyan edilməyib.

Qeyd olunur ki, istintaq öncəsi yoxlamanın materialları Dağıstan gömrüyünə təhvil verilib. Adı açıqlanmayan qadını iki ilə qədər həbs olunmaq təhlükəsi gözləyir.

Milli.Az