"Sevda təyyarədə elə qışqırırdı ki..." - Tolik

20 Avqust 2019 16:19

"Hündürlük fobiyam var. Dağa çıxa bilmərəm. Adi cücəni əlimə götürə bilmərəm, ürəyim dayanar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Verilişin aparıcısı, prodüser Tarix Əliyev (Tolik) isə Sevda haqda etiraf edib.

"Bir dəfə Sevda ilə təyyarədə uçurduq. Qəfildən təyyarə burulğana düşdü. Sevda elə qışqırırdı ki, bütün hamı ona baxırdı" sözlərini deyib.

Sevda daha sonra digər qorxularından bəhs edib:

"Üzə də bilmirəm. Yaxşı ki, oxumağı bacarıram. Başqa əlimdən heç nə gəlmir. Əgər müğənni olmasaydım, modelyer, moda məsləhətçisi olardım".

Milli.Az