Əhli-Beyt – haqla batili ayırmaq mehvəridir

22 Avqust 2019 20:55

İmam Zaman ağa (ə.f) buyurur: "Haqq - biz Əhli-Beytlədir (ə). Bizlərdən bəzisinin kənara çəkilməsi heç bir zaman bizi qorxutmasın. Çünki biz - Allahın yetişdirmələriyik, Allahın başqa məxluqları isə bizim yetişdirmələrimizdir".

Hədisin şərhi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədisi Şeyx Tusi İmam Zaman ağadan (ə.f) mötəbər bir sənədlə nəql etmişdir. Əziz İmam (ə.f) bu nurani hədisində üç nöqtəyə işarə edir:

1. Bütün haqq və həqiqət Əhli-Beytlə (ə) və onlarla bir yerdə olanlardadır. Belə ki, Əhli-Beyt (ə) - haqla batili ayırmaq mehvəridir. Bu ikisini bir-birindən ayırmaq üçün onların rəftarına, sünnətinə müraciət etmək lazımdır.

2. O kəs ki, haqq onunladır, tək qalmağından dəhşətə düşməməlidir. Öz tərəfdarlarının az və çox olmasına baxmamalıdır. İmam Kazım (ə) Hişama buyurur: "Ey Hişam! Əgər sənin əlində qoz olsa, bütün insanlar desə ki, o dürdür - sənin üçün faydası olmaz. Çünki sən bilirsən ki, əlindəki qozdur. Əgər əlində dürr olsa, insanlar desə ki, qozdur - sənə ziyan vurmaz. Çünki sən bilirsən ki, sənin əlində olan dürdür".

İmam Əli (ə) buyurur: "Hidayət yolunda əhlinin az olmasından qorxmayın".

3. Əhli-Beyt (ə), əqaid və dini əməllərində insanlara möhtac deyildir. Allah tərəfindən onlara çatan kifayət edir. Halbuki, ümmət bu mövzularda həmişə Əhli-Beytə (ə) möhtacdır. Kitaba və sünnətə müraciət etmək kifayət etmir.

Milli.Az