Bəzi dua kitablarında rast gəlinən “istiazə” sözünün mənası nədir?

22 Avqust 2019 20:10

Ərəb dilində "istiazə" sığınmaq, pənah gətirmək mənasını verir. Dini anlamda insanın dünya çətinliklərindən, şeytanın vəsvəsəsindən və s-dən Allaha sığınması, Ona təvəkkül etməsi istiazə adlanır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi Quran ayələri də "qul əuzu", yəni "de ki, (Allaha) sığınıram" kəlməsi ilə başlayır (məsələn, Fələq, Nas surələri). İslam ənənəsinə görə, Quran tilavətini və dua oxunuşunu bu cümlə ilə başlamaq müstəhəb sayılır: "Əuzu billahi minəş-şeytanir-rəcim". Yəni "daşla vurulub qovulmuş şeytandan Allaha sığınıram". Dini terminologiyada bu cümlə "istiazə" adlanır.

Milli.Az