Redmi Note 8 Pro-nun xüsusiyyətləri açıqlandı

22 Avqust 2019 21:15

Redmi, Xiaomi-dən ayrıldıqdan sonra yeni bir marka halına gələrək gündəmdə qalmağı bacarır.  Bu dəfə  Redmi Note 8 Pro yeni xüsusiyyətləri ilə gündəmdədir.

Milli.Az chip.az-a istinadən bildirir ki, canlı görüntülənən Redmi Note 8 Pro-nun  şəkilləri məhdud olsa da, model haqqında məlumatlar verir. Vizual olaraq göründüyü kimi, modelin arxa və alt hissələrindən gördüyümüz kimi Note 8 Pro-da dörd kameralı quraşdırma və3,5 mm qulaqlıq girişi olacaqdır.

Ekrandan barmaq izi oxumaq texnologiyasını özündə cəmləşdirən smartfon MediaTek Helio G90T əməliyyat sistemindən təchiz ediləcək.

64 meqapiksellik kamera ilə ilk model olacağı gözlənilən Redmi Note 8 Pro, 12 Megapiksel, 8 Megapiksel və ToF-u da əhatə edəcək. 5000 mAh batareya ilə təchiz ediləcək smartfonun qiymətinin 250 avro civarında olacağı gözlənilir.

Milli.Az