Robot it komandalara reaksiya verir

22 Avqust 2019 08:59

ABŞ-ın Florida Atlantik Universitetinin alimləri dərin təlim və süni intellekt texnologiyası vasitəsilə "Astro" adlı robot it yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu, kompüterləşdirilmiş beyinlə təchiz edilən yeganə unikal robotdur. Mütəxəssislərin sözlərinə görə, "Astro" təhlükəsizlik qüvvələrinə qadağan edilmiş əşyaların aşkarlanması, eləcə də təbii fəlakət yerlərinin axtarışı zamanı kömək üçün nəzərdə tutulub. Ondan, həmçinin bələdçi it kimi istifadə mümkündür.

Məlumata görə, "Astro" robotunu əvvəlcədən proqramlaşdırmağa ehtiyac yoxdur. Bunun əvəzinə o, süni beyin sayəsində canlı küçük kimi öyrənəcək. Dərin təlim neyron şəbəkəsi faydalı tapşırıqların yerinə yetirilməsi üçün minlərlə növ təcrübə mənimsəyə bilir. "Astro" robotunun çoxlu ötürücülərlə (kamerlar, yönəldilmiş mikrofon, qaz ötürücüləri və radiolokasiya təsvirləri) təchiz edilməsi ona real vaxt rejimində ətraf mühitlə ünsiyyət qurmağa imkan verir.

Tədqiqatçıların sözlərinə görə, "Astro" müxtəlif dilləri başa düşür, rəngləri və insan sifətlərini fərqləndirir, jestlərə reaksiya verir və uyğun dronlarla öz işini koordinasiya edir. "Astro" robotu beynin tədqiqində davranış, neyrofizioloji və hesablama yanaşmalarının daxil olduğu koqnitiv neyrobiologiyada zəhmətli iş və geniş təcrübə nəticəsində ərsəyə gəlib.

Milli.Az