Bluetooth-un şifrələməsində boşluq aşkar edilib

22 Avqust 2019 07:11

"USENIX" simpoziumunda çıxış edən tədqiqatçıların qənaətinə görə, haker bir neçə saniyə ərzində "Bluetooth" texnologiyasının şifrələmə səviyyəsini zəiflədə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatçılar qrupu aydınlaşdırıb ki, haker iki qurğunun qoşulması zamanı "Bluetooth" texnologiyasının şifrələmə səviyyəsini zəiflədə bilər ki, bu da ona cihaza müdaxilədən sonra məlumatları əldə etməyə, həmçinin casusluq etməyə və saxta məlumatlar göndərməyə imkan verəcək.

Lakin bütün qurğular sözügedən boşluq qarşısında dayanıqsız deyil. Təhlükəsizlik baxımından problem yalnız "Bluetooth Low Energy" texnologiyasından istifadə edən cihazlarda aşkar edilib. Bu tip cihazlarda daha zəif şifrələmə açarından istifadə olunur.

Milli.Az