Alman rəsmidən ABŞ-a: Rusiyaya qarşı sanksiyaları ləğv et!

20 Avqust 2019 19:39

Rusiyaya qarşı sanksiyalar ləğv edilməlidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın Saksoniya əyalətinin Baş naziri Maykl Kretçmer deyib.

O bildirib ki, ABŞ bu sanksiyalardan öz mənafeyi üçün istifadə edir:

"Demək olar ki, hər gün insan ölümü ilə nəticələnən Ukrayna böhranının sona çatmağını istəyirik. Lakin konfliktin hansı üsullarla sonlandırılacağı müzakirə məsələsidir. Rusiyaya qarşı sanksiyaların təsir gücünün olmadığını görürük".

Milli.Az