35 milyon illik meteoritin hissələri tapıldı

20 Avqust 2019 19:09

Arizona Universitetinin mütəxəssisləri 35 milyon il əvvəl Atlantik okeanına düşdüyü ehtimal olunan ərimiş və az radiasiyaya malik daş parçaları aşkar edib, "Space.com" portalı məlumat yayıb. 

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, daşlar Çesapik körfəzində 650 metr dərinlikdə tapılıb.

Aparılan uran-toriy-helium analizlərindən sonra tektitlərin 35 milyon il yaşı olduğu sübut edilib.

Milli.Az