"Arzum yeni tikilən binalarda yaşamaqdır" - Elza Seyidcahan

20 Avqust 2019 13:44

"Arzu edirəm ki, mən də yeni tikilidən ev alım. Allah mənə də "novostroyka"da yaşamaq nəsib etsin".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. "5/5" verilişində qonaq olan müğənni köhnə evdə yaşadığını deyib.

Seyidcahan yeni ifaçıları da tənqid edib. o bildirib ki, bəstəkarlara hörmət edilmir:

"Hərdən bəstəkar mahnılarını götürür, istədiklərini çıxarır, istədiklərini saxlayırlar. Bəstəkarın əsərinə əl vurmaq olmaz. Onları görəndə ürəyim ağrıyır. Bu, bir cinayətdir. Kimlərisə aşağılamaq istəmirəm. Amma olmaz".

Müğənni aparıcının "İndi dəb halını alıb: kimi qəbir qazdırır, kimi vəsiyyət edir. Siz necə qəbir daşı arzulayırsınız" sualına belə cavab verib:

"Bu dünya da bir qəbirdir. Qəbirə baş daşı qoymazlar, illər ötdükcə itməlidir. Bir qəbirin üstünə 7 adam basdırmaq olar".

Milli.Az