Traktor qaz xəttini zədələdi, 400 adam qazsız qaldı - FOTO

20 Avqust 2019 10:24

Füzuli rayonunun Horadiz şəhərində qazıntı işləri aparan traktorla diametri 50 mm olan qaz xəttini zədələyiblər.

Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Hal-hazırda 400 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Milli.Az